“Xocalı- unudulmayan tarix” adlı distant sinif təşkilat saatı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi” ilə əlaqədar 10.02.2021-ci il tarixli, F-42 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.
Tədbirlər planına müvafiq olaraq fevralın 25-də 3”D”,4“B,4“Ç”,5“C”,5"Ç",6“A”,6“C” və 8”B” siniflərində “Xocalı- unudulmayan tarix” adlı distant sinif təşkilat saatı keçirildi. Təşkilat saatında şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumatlar verildi.