“Qarabağın tanınmış şəxsiyyətləri” mövzusuna aid güşələr yaradıldı

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün təsdiq edilmiş Fəaliyyət planına əsasən 18 fevral 2021-ci il tarixdə məktəbin 7 “A”, 7 “C” və 8 “A” sinif şagirdlərinin iştirakı ilə “Qarabağın tanınmış şəxsiyyətləri” mövzusunda Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə güşələr yaratdılar. Bu mövzularda müxtəlif layihə və tədbirlərin təşkili dövlətimiz üçün tarixi-mədəni dəyərlərin və həqiqətlərin ali olduğunu nümayiş etdirir.