“Bizim qəhrəmanlar” adlı onlayn sinif təşkilat saatı

    Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün təsdiq edilmiş Fəaliyyət planına əsasən 19 yanvar 2021-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Aysel Məmmədlinin təşkilatçılığı ilə 2 “Ç” sinfində “Bizim qəhrəmanlar” adlı onlayn sinif təşkilat saatı keçirildi. Təşkilat saatında Mina xanımın I Qarabağ müharibəsində şəhid olmuş qardaşı Nəriman Ədilovun keçdiyi həyat yoluna aid təsirli çıxışı, 30 ildir yurd-yuva həsrəti ilə yaşayan, Füzuli rayonuna gedəcəyi günün sevincini şagirdlərlə bölüşən Zeynəb nənənin düşüncələri diqqətlə dinlənildi. Eyni zamanda II Qarabağ müaribəsinin iştirakçısı, məktəbimizin 2010-cu il məzunu Ramik Gürşadlının şagirdlərlə görüşü, döyüş təəssüratlarını bölüşməsi və şagirdlərin ona ünvanladığı sualları cavablandırması şagirdlərin böyük marağına səbəb oldu.

    Şagirdlərimiz şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər, Azərbaycan əsgərinin qəhrəmanlığına həsr olunmuş şeirlər söylədilər.

https://www.youtube.com/watch?v=-0chEoPPiMM&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi