“Qan yaddaşımız” adlı onlayn rəsm sərgisi
19 yanvar 2021-ci il tarixdə məktəbin təsviri incəsənət müəllimi Arzu Məhsumovanın təşkilatçılığı və 9 “B” sinif şagirdlərinin iştirakı ilə birgə “Qan yaddaşımız” adlı onlayn rəsm sərgisi keçirildi. Şagirdlər düşmənə olan nifrəti, Azərbaycan xalqına qarşı işlədilmiş cinayətə öz etirazlarını və müstəqilliyimiz uğrunda şəhidlik zirvəsinə ucalmış vətən oğullarına olan hörmət hisslərini rəsmlərə köçürdülər.