Şəhidlik zirvəsi

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü qurban verməkdir. Şəhidlik əbədi olaraq ürəklərdə yaşamaqdır. Əsədov Səbuhi Azər oğlu 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 2005-2016-cı illərdə Bakı şəhəri Suraxanı rayonu R.Abidov adına 85 nömrəlii tam orta məktəbdə almışdır. 5 iyun 2019-cu il tarixindən Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi başlayandan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Talış, Tərtər və Suqovuşan kəndlərinin azad olunmasında igidlik və mərdlik göstərmişdir. 8 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əsədov  Səbuhi Azər oğlu “Vətən uğrunda” və “Suqovuşan”ın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Səbuhi şəhidlik zivəsinə ucalmaqla hər bir azərbaycanlının, o cümlədən 85 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin, eləcə də şagird və məzunların qəlbində özünə əbədi olaraq bir heykəl ucaltdı.

https://youtu.be/ntracX-JDwQ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi