“Əsgərə məktub” layihəsi

Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün təsdiq edilmiş Fəaliyyət planına əsasən “Əsgərə məktub” layihəsi əsasında məktəbin ibtidai sinif müəllimi Ruhiyyə İbadovanın təşkilatçılığı ilə 2 “B” sinif şagirdləri də bu layihədə iştirak etmişlər. Əsgərlərimizə ünvanlanmış məktublar onlar tərəfindən sevinclə qarşılanmış və xoş təəssürat yaratmışdır. Böyük ruh yüksəkliyinə səbəb olan məktublara görə əsgərlər şagirdlərə təşəkkür etmişlər.