"Qarabağ Azərbaycandır" adlı onlayn sinif təşkilat saatı

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət planına əsasən 14 yanvar 2021-ci il tarixdə məktəbin 7“B”,7 “C” və 7 “Ç” siniflərində “Qarabağ Azərbaycandır” adlı onlayn sinif təşkilat saatı keçirildi. Cəsur, mübariz Azərbaycan əsgərinin şücaətini, ordumuzun qələbəsini əks etdirən məlumatlar şagirdlərə qürur və sevinc hissi yaşatdı. Ölkə başçımızın zəfər müraciəti “ Qarabağ Azərbaycandır! ” şüarı bütün şagirdlərin rəmzinə çevrildi.