Onlayn valideyn iclası

14.01.2021-ci il tarixində “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin müşahidəsi ilə bağlı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən 10 “A”, 10 “B”, 11 “A” və 11 “B” siniflərində virtual məktəb platformasında onlayn dərslərin təşkili və şagirdlərin dərslərdə iştirakının təmin olunması ilə bağlı onlayn valideyn iclası keçirildi. İclasda direktor müavini Nizami Eminov və sinif rəhbərlərinin çıxışları dinlənildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. Şagirdlərin onlayn dərslərdə müntəzəm iştirak etməsini təmin etmək üçün valideynlərə bəzi tövsiyələr verildi.