Onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən onlayn “Psixoloq saatı” fəaliyyətə başlayıb.

“Psixoloq saatının” əsas məqsədi müəllim, valideyn və şagirdlərə sosial təcrid günlərində psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaqdan ibarətdir.

        “Psixoloq saatı” çərçivəsində TDM-in psixoloq və metodistlərinin müvafiq mövzular üzrə tövsiyələri mərkəzin "Facebook" səhifəsi (https://www.facebook.com/T%C9%99lim%C9%99-D%C9%99st%C9%99k-M%C9%99rk%C9%99zi-429266267416652) vasitəsilə ictimaiyyətə təqdim olunur.

        "Psixoloq saatı"nda mövcud epidemioloji vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları uğurlu və yetkin şəxsiyyət kimi formalaşdırmaqla bağlı müvafiq məlumatlar təqdim edilir. 

               Qeyd edək ki, "Psixoloq saatı" hər həftənin IV günü TDM-in "Facebook" səhifəsi vasitəsilə yayımlanır. Mövzu ilə bağlı sual və ya təkliflər TDM-in "Facebook" səhifəsinin mesaj bölməsinə və ya paylaşımın şərh bölməsinə göndərilə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi