“Unudulmayan qara səhifə-Xocalı”

26 fevral tarixində Xocalı soyqırımı ilə əlaqədar məktəbin ibtidai sinif müəllimləri Məlahət Hüseynova və Şəhla Qasımlının təşkilatçılığı ilə “Unudulmayan qara səhifə-Xocalı” adı altında tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xoşalı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, 26 fevral hadisələri ilə bağlı tədbir iştirakçıları fikirlərini söyləmişdir.