Azərbaycanın dövlət rəmzlərinin təbliği

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il tarixli F-530 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin etmək məqsədilə 24 fevral tarixində Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyətinin təbliği ilə əlaqədar məktəbin V sinif şagirdləri arasında intelektual "Breyn rinq” yarışı keçirildi. Sonda 5“Ç” sinfi daha yaxşı çıxış edərək yarışda I yerin qalibi oldu. Tədbirin sonunda komanda üzlərinə müxtəlif hədiyyələrlə təltiv edildi.