Valideyn iclası keçirildi

19 fevral tarixində məktəbin IX və XI sinif şagirdlərinin valideynlərinin iştirakı ilə valideyn iclası keçirildi. İclasda IX və XI siniflərdə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənlərindən aparılmış məktəbdaxili monitorinqin nəticələri, qarşıda gələn buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə edilmiş və valideynləri maraqlandıran suallara cavab verilmişdir.