“Şəhidlər ölməzdir”

17 yanvar tarixində məktəbimizin ibtidai sinif müəllimi Aygün Mədətovanın təşkilatçılığı ilə 1990 - cı il 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməzdir” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, şəhidlik zirvəsinin ən yüksək zirvə olduğu aparıcılar tərəfindən xüsusilə vurğulanmışdır. Tədbirdə 20 yanvar hadisələri ilə bağlı fikirlərini söylənilmiş, müstəqilliyimizin şəhidlərimizin qanı bahasına əldə edildiyini qeyd edilmişdir.