Şəhidlər Xiyabanına ziyarətin təşkili
16 yanvar tarixində məktəbin müəllim və şagird kollektivi Şəhidlər Xiyabanında dövlət müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət etdilər. 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə gül düzdükdən sonra “Əbədi məşəl” kompleksi önündə vətən yolunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.