Bucaq. Bucağın ölçüsü mövzusunda nümunəvi dərs

   İbtidai sinif aylığında nümunəvi dərslər davam edir.

Dekabrın 25-də Vüsalə Məmmədzadə 4c sinfində riyaziyyat fənni üzrə "Bucaq. Bucağın ölçüsü" mövzusunda nümunəvi dərs tədris etmişdir. Dərsdə qruplarla, kollektivlə, cütlərlə iş formalarından, beyin həmləsi, rəngarəng oyunlar, müzakirə kimi iş üsullarından istifadə olunmuşdur. Qrup işi zamanı texnologiya fənni ilə inteqrasiya olundu, şagirdlər bucaqları aplikasiyalarla nümayiş etdirdilər, müxtəlif oyunlarla müəllim dərsin şagirdlər tərəfindən daha asan mənimsənilməsinə nail oldu.

Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim - şagird münasibətlərində demokratiklik nəzəri cəlb etdi. İş vərəqlərində yerinə yetirdikləri tapşırıqlara və dərs prosesindəki fəallığa əsasən qiymətləndirilmə aparıldı. Sonda dərsi müşahidə edən məktəbin direktoru Röya İslamova dərs haqqında rəyini diqqətə çatdırdı.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #EduAz #BakuEduAz #Məktəb84 #Nümunəvidərs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi