Xətt və bucaq mövzusunda nümunəvi dərs

  "Xətt və bucaq" mövzusunda nümunəvi dərs keçirilib.

Məktəbin Fəaliyyət planına uyğun olaraq ibtidai sinif aylığında - dekabrın 11-də Xəyalə Aslanova 2 ç sinfində riyaziyyat fənni üzrə "Xətt və bucaqlar" mövzusunda nümunəvi dərs tədris edib.

Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nümunəvi dərsdə kollektiv, fərdi iş formalarından, beyin həmləsi, müzakirə iş üsullarından və elektron resurslardan istifadə olunub. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən qiymətləndirmə aparılıb. Dərs dinləyicilər tərəfindən qənaətbəxş hesab olunub.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #EduAz #Nümunəvidərs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi