"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi"

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə fəaliyyəti əsasında məktəblərdə icra olunan "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi məktəbimizdə uğurla davam edir . Görülmüş işlərlə tanış olmaq üçün 29 .11.2023 tarixində ARTİ-nin əməkdaşı, layihənin koordinatoru Səbinə Balayeva məktəbimizdə olub. Səbinə xanım məktəbin layihə üzrə komanda üzvləri -məktəbin direktoru Röya İslamova, psixoloq Dilşad Yusubova ilə görüşərək baş vermiş hallarla bağlı keyslərlə tanış olub,ümumi vəziyyəti müzakirə edib. Daha sonra Səbinə xanım qrup üzvləri ilə birlikdə siniflərə daxil olaraq şagirdlərlə söhbət aparıb,layihə ilə bağlı təəssüratlarını dinləyib .Eyni zamanda şagirdlər "Dinləmə qutusu"nun təşkili ilə bağlı fikirlərini dilə gətirib. #84məktəb #uşaqmüdafiəsi #dinləməqutusu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi