Narkomaniyaya yox deyək

  "Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirməsinə dair 2022- 2023 - cü illər üçün Tədbirlər Planı"na əsasən məktəbin psixoloqu Dilşad Yusubova və həkimi Vüsalə Məmmədovanın təşkilatçılığı ilə 8-9-cu sinif şagirdləri üçün " Narkomaniyaya yox deyək!" adlı maarifləndirici tədbir təşkil olundu.Tədbirdə məktəbin həkimi narkotik maddələrin insan orqanizminə vurduğu zərərlər haqqında məlumat verdi.Məktəbin psixoloqu isə asılılığın digər fəsadları haqqında danışdı.Şagirdləri sağlam həyat tərzi sürməyə, idmanın müxtəlif növləri ilə məşğul olmağa təşviq edən söhbətlər aparıldı.

#BakıTəhsilİdarəsi #Məktəb84 #EduAz #BakuEduAz #Şagird #Sağlamhəyattərzi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi