Görkəmli yazıçı ilə görüş

Görkəmli yazıçı ilə görüş keçirildi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, uşaqların sevimli yazıçısı və şairəsi Gülzar İbrahimova bu gün məktəbimizin qonağı oldu.

1ç, 3b, 3ç, 4a, 4ç sinif şagirdlərinin iştirakı ilə baş tutan “Sevinsin uşaqlar!” adlı tədbir müxtəlif çıxışlarla yadda qaldı. Şagirdlər Gülzar İbrahimovaya məxsus böyük maraq və həvəslə oxuduqları nağılları səhnələşdirdilər, mahnıları ifa etdilər.Yazıçının “Sehrli televizor”, “Dostlarım məndən qaçar” nağılları şagirdlər tərəfindən məharətlə nümayiş olundu.

Şagirdlərin rəngarəng çıxışlarından sonra məktəbin direktoru Röya İslamova və Gülzar İbrahimova tədbirlə bağlı təəssüratlarını bölüşdülər ,şagirdlərə xoş arzularını çatdırdılar.Mütaliənin bir mədəniyyət olduğunu, kitabların insanın şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynadığını vurğuladılar.

Sonda şagirdlər yazıçı ilə bir yerdə “Ana dilim” mahnısını ifa etdilər. Yazıçı şagirdlərə imzalı kitablarını hədiyyə etdi, yaddaqalan çıxışlar üçün onlara təşəkkürünü bildirdi.#mütaliə #şagird #məktəb84 #ElmvəTəhsilNazirliyi #BŞTİ

 

 


 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi