Şagirdimiz dünya çempionu olduMəktəb-liseyin 10Ç sinif şagirdi Uğur Rzayev İtalyanın Karrara şəhərində keçirilən Kung-fu sanda idman növü üzrə 70 kq çəki dərəcəsində dünya çempionu olub.
Uğur yarımfinalda italyalı idmançıya qalib gələrək finala yüksəlib. Finalda ukraynalı idmançıya qalib gələn Uğur Azərbaycanın adını yüksəklərə ucaldıb.
Şagirdimizi təbrik edir və kollektivimiz adından uğurlar azrulayırıq.
İncəsənət Festivalının qalibiMəktəb-liseyin VI sinif şagirdi Hikmət Səfərli Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalında I yerin qalibi olub.
Avropa çempionatının birincisiMəktəb-liseyin 10D sinif şagirdi Aysel Məmmədova Slovenyanın Novo-mesto şəhərində keçirilən Avropa çempionatında fərqli ölkələrdən olan rəqiblərini məğlub edərək I yerə layiq görülüb.
Məktəb-liseyin kollektivi adından Ayseli təbrik edir, ona təhsil və idman həyatında uğurlar arzu edirik.