TəşəkkürnaməMəktəb-liseyin psixoloqu Aynur Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsahibə komissiyasının üzvü kimi səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub.
Psixoloqumuz Aynur Məmmədovanı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Şagirdimiz Beynəlxalq Riyaziyyat yarışmasında Qızıl medal qazanıbMəktəb-liseyin 6E sinif şagirdi Əliyeva Aylin IMEC Beynəlxalq riyaziyyat yarışmasında yüz faizlik nəticə göstərərək qızıl medal qazanıb. Aylini təbrik edir, yeni uğurlar diləyirik!
"Fövqaladə hallar uşaqların gözü ilə"Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqədə məktəb-liseyin 7K sinif şagirdi Zəhra Vəliyeva və 11D sinif şagirdi Mələk Səlimzadə “Rəsm” nominasiyası üzrə III yer tutduqlarına görə Fəxri fərmanla təltif olunublar.