9 "e" sinif şagirdi İman BabayevBakı şəhəri 81 nömrəli tam orta məktəbin 9 "e" sinif şagirdi İman Babayev Macarıstanda keçirilən Avropa Sumo Federasiyasının təşkil etdiyi sumo üzrə yeniyetmələr arasında U-16 yaş qrupu, 75kq çəki dərəcəsində olan yarışda II yeri tutaraq medal və diplomla təltif edildi. Şagirdimizi təbrik edirik.
4 "c" sinif şagirdi Muradov Cavidin uğuru4 "c" sinif şagirdi Muradov Cavid Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Zabrat İdman Klubu tərəfindən "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş qarışıq idman növü üzrə turnirdə iştirak edərək I yerə layiq görüldü. Diplom və medalla təltif edildi.
Tural Nəbiyevin uğuruBakı şəhəri 81 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Tural Nəbiyev Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyi tərəfindən karate idman növü üzrə yarışda qalib gələrək 1-ci yerə layiq görüldü. Diplom və medalla təltif edildi. Şagirdimizi təbrik edirik.