Xankişiyevlər bürünc medal qazanıblar.“SASMO” olimpiadasının nəticələrinə görə 81 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri Mələk və Ruslan Xankişiyevlər bürünc medal qazanıblar.
Müəllimimiz Süsən Məmmədova Respublika birincisi olubBakı şəhəri 81 nömrəli tam orta məktəbin müəllimi Süsən Məmmədova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müəllimlər arasında keçirilən "Şahmat" yarışında Respublika birincisi olduğu üçün məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.
4 "d" sinif şagirdi Eyvazov Raulun uğuruBakı şəhəri 81 nömrəli tam orta məktəbin 4 "d" sinif şagirdi Eyvazov Raul 8-10 may 2022-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yarışda 25 kq çəki dərəcəsində I yer tutduğuna görə diplom və medalla təltif edildi. Şagirdimizi təbrik edirik.