8 "d" sinif şagirdi Dövlətzadə Dənizin uğuru1 aprel 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 8 "d" sinif şagirdi Dövlətzadə Dəniz Bakı Şəhər Gənclər və İdman baş idarəsinin təşkil etdiyi 2006-2007-ci il təvəllüdlü qızlar arasında Şahmat üzrə Birincilikdə II yerə layiq görülərək diplom və medalla mükafatlandırıldı. Şagirdimizi təbrik edirik.
1 "c" sinif şagirdi Səmra Şükürzadənin uğuruBakı şəhəri 81 nömrəli tam orta məktəbin 1 "c" sinif şagirdi Səmra Şükürzadə "Nömrə 1 Tədris Mərkəzi"nin təşkil etdiyi "Nömrə 1 Yarışı"nda yüksək bal topladığına görə təltifnamə və hədiyyə ilə mükafatlandırıldı. Şagirdimizi təbrik edirik.
4 "e" sinif şagirdi Hacıyev Xətainin uğuruBakı şəhəri 81 nömrəli tam orta məktəbin 4 "e" sinif şagirdi Hacıyev Xətai Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkil etdiyi uşaqlar və yeniyetmələr arasında arasında Budo Döyüş Növləri üzrə Azərbaycan birinciliyində, 34 kq çəki dərəcəsində I yer tutduğuna görə diplom və medalla təltif edildi. Şagirdimizi təbrik edirik.