Kiçik Akademiya

Yekun konfransda iştirakına görə Fəxri Fərmanla təltif olunubBakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdi Melisa Adsız 25.05.2023 tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu rayon "Kiçik Akademiya"ları arasında keçirilən yekun konfransda iştirakına görə Fəxri Fərmanla təltif olunub

Ətraflı

"Ulu öndər" adlı "Dəyirmi masa"11 dekabrda məktəbdə "Kiçik Akademiya"nın vitse-prezidenti Əminə İslamovanın iştirakı ilə tarix müəllimi Mehri Ağacanova tərəfindən "12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü"nə həsr olunmuş "Ulu öndər" adlı "Dəyirmi masa" keçirildi.

Ətraflı

"Dahi şəxsiyyət" adlı "Dəyirmi masa"10 dekabrda məktəbin kitabxana müdiri Rəhilə Kərimova tərəfindən "Kiçik Akademiya" üzvlərinin iştirakı ilə 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Dahi şəxsiyyət" adlı "Dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da ulu öndər haqqında məlumat verilib, şagirdlərin ifasında şeirlər səsləndirilib, məruzələr oxunub.

Ətraflı

"Kiçik tədqiqatçılar" müsabiqəsinin məktəb mərhələsi keçirildi2 dekabrda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-436 nömrəli əmrinə əsasən məktəbin II-IV sinif şagirdlərinin iştirakı ilə "Kiçik tədqiqatçılar" müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq bacarığını inkişaf etdirmək, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda təmsil olunmasını təmin etməkdən ibarətdir. Müsabiqə "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirildi.

Ətraflı

"Kiçik Akademiya" haqqında ümumi məlumatBakı şəhəri 81 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı 03.05.2019-cu il tarixindən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın prezidenti Aygün Məhərrəmova, vitse-prezidentləri isə Əminə İslamova və Yeganə Vəliyevadır. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi, bölmələr fəaliyyət göstərir. Bölmələr də öz növbəsində kafedralara ayrılır. Məsələn, Texniki bölmə riyaziyyat kafedrası, fizika kafedrası, informatika kafedrası, kimya kafedrasına bölünür. “Kiçik Akademiya” məktəbin şagird kollektivinin elmi, psixoloji, mənəvi inkişafının təmin edilməsi üçün yaradılmış məktəbin ali komitəsidir. “Kiçik Akademiya”nın fəaliyyəti uşaqlarla müasir dövrün tələblərinə cavab verən bir sıra bilik, bacarıq və vərdişlərin formalaşmasına, istedadlı şagirdlərin üzə çıxarılmasına, təhsilin inkişafına dair işlərin aparılmasına səbəb olur. “Kiçik Akademiya”nın yaranmasında məktəbin əsas məqsədi şagirdlərin müxtəlif bölmələr daxilində fəaliyyətini təmin etmək, heç bir ayrıseçkilik olmadan hər bir şagirdi bacarığına və maraqlarına uyğun əməkdaşlığa cəlb etməkdir.

Ətraflı
HAQQIMIZDA

Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 № li tam orta məktəb 1920 – ci il tarixdən fəaliyyət göstərir. Məktəb 650 tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həm də ...

BİZİM FƏXRLƏRİMİZ

Aysel Emralıyeva Kazım

Fidan İsmayıllı Cəvanşir

HAQQIMIZDA

Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 № li tam orta məktəb 1920 – ci il tarixdən fəaliyyət göstərir. Məktəb 650 tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həm də ...

BİZİM FƏXRLƏRİMİZ

Aysel Emralıyeva Kazım

Fidan İsmayıllı Cəvanşir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi