"Kiçik Akademiya" haqqında ümumi məlumat

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı 03.05.2019-cu il tarixindən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın prezidenti Aygün Məhərrəmova, vitse-prezidentləri isə Əminə İslamova və Yeganə Vəliyevadır. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi, bölmələr fəaliyyət göstərir. Bölmələr də öz növbəsində kafedralara ayrılır. Məsələn, Texniki bölmə riyaziyyat kafedrası, fizika kafedrası, informatika kafedrası, kimya kafedrasına bölünür. “Kiçik Akademiya” məktəbin şagird kollektivinin elmi, psixoloji, mənəvi inkişafının təmin edilməsi üçün yaradılmış məktəbin ali komitəsidir. “Kiçik Akademiya”nın fəaliyyəti uşaqlarla müasir dövrün tələblərinə cavab verən bir sıra bilik, bacarıq və vərdişlərin formalaşmasına, istedadlı şagirdlərin üzə çıxarılmasına, təhsilin inkişafına dair işlərin aparılmasına səbəb olur. “Kiçik Akademiya”nın yaranmasında məktəbin əsas məqsədi şagirdlərin müxtəlif bölmələr daxilində fəaliyyətini təmin etmək, heç bir ayrıseçkilik olmadan hər bir şagirdi bacarığına və maraqlarına uyğun əməkdaşlığa cəlb etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi