Fidanın daha bir qalibiyyətiBakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdi , daha öncə də idmanda qələbələri ilə bizi sevindirən Fidan İsmayıllı bu dəfə də birinciliyə imza atıb. Belə ki, Fidan 18 noyabrda Rusiya Federasiyasında keçirilən karatenin kyokşhin növü üzrə turnirdə 55 kq çəki dərəcəsində rəqiblərini geridə qoyaraq qızıl medal qazanmışdır. Məktəb kollektivi adından Fidanı təbrik edir, bol-bol qələbələr arzu edirik.
Şagirdimiz qızıl medal qazandıBakı şəhəri 81 nömrəli tam orta məktəbin 6 " D" sinif şagirdi Qafarzadə Ələkbər 05-06-07.10.2018 tarixdə qaydasız döyüş üzrə (MMA) 11-12 yaşlı uşaqlar arasında Bakıda keçirilən dünya çempionatında ( World Martial Arts Festival) I yere , qızıl medala layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Məktəbimizin fəxri Cavid balamızBakı şəhəri 81 nömrəli tam orta məktəbin 1 " C" sinif şagirdi , bundan əvvəl də dəfələrlə birinciliklər qazanmış Muradov Cavid bu dəfə də də birinciliyə imza atmışdır. Belə ki, 05-06-07.10.2018 tarixdə kikboks üzrə uşaqlar arasında keçirilən dünya çempionatında ( World Martial Arts Festival) I yere , qızıl medala layiq görülmüşdür. Bu yaşda belə bir qalibiyyət məktəb rəhbərliyini, sinif rəhbərini və valideynlərini çox sevindirdi. Özü kiçik olsa da , uğurları böyük olan Cavidimiz, uğurların bol olsun hər zaman.