Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon komandası VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirildiBakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon komandası VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında 81 № li tam orta məktəbin şagirdləri fəal iştirak etdikləri üçün III yerə layiq görülmüş və diplomla təltif olunmuşlar.
81 № li tam orta məktəbin 9c sinif şagirdi Cabbarov Rüfət, şəhid Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak etdiAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Sabunçu rayonu 81 № li tam orta məktəbin 9c sinif şagirdi Cabbarov Rüfət, şəhid Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə MUAY-TAY TAYBOKS idman növü üzrə 2002-2003 yaş qrupunda 60 kq çəki dərəcəsində I yeri tutduğuna görə “DİPLOM”la təltif olunmuşdur.
“Gənclərin əl işindən ibarət rəsm və heykəltaraşlıq sərgisi” keçirildiAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Sabunçu rayonu 81 № li tam orta məktəbin 6c sinif şagirdi İsmayılov Əmirxan “Gənclərin əl işindən ibarət rəsm və heykəltaraşlıq sərgisi”ndə uğurlu iştirakına görə “DİPLOM”la təltif olunmuşdur