Nazilə Behbudova diplomla təltif olunduAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən "Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş "Mənim Ana dilim" mövzusunda Sabunçu rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş online inşa yazı müsabiqəsində fərqləndiyinə görə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdi Nazilə Behbudova diplomla təltif olundu.
Fatimə Əliyeva və Rəbbi Məmmədovun uğuru2 Fevral 2021-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 20 Yanvar faciəsinin XXXI ildönümünə həsr olunmuş "20 Yanvar Faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda keçirilmiş online rəsm müsabiqəsində fərqləndiklərinə görə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdləri Fatimə Əliyeva və Rəbbi Məmmədov diplomla təltif olundu.
Qurbanova Saranın uğuruBakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdi Qurbanova Sara "Sevimli nəğmələr" uşaq mahnı müsabiqəsində fəal iştirakına görə Tərifnamə və hədiyyələrlə təltif olunub.