Cəmiyyətə yalnız təsilli deyil bacarıqlı şagirdlərdə lazımdır
İctimai işlər məktəb işinin, məktəb həyatının ən əsas hissələrindən biridir. Şagirdlərin təlim-tərbiyəsində, şagird şəxsiyyətinin formalaşmasında ictimai işlərin rolu mühümdür. Çox vaxt özünü elmdə, təhsildə təsdiq edə bilməyən şagird məhz dərsdənkənar tədbirlərdə fəal olmağı bacarır və beləliklə, həm özünə, həm də ətrafdakılara sübut edir ki, cəmiyyətə xeyirli insan olmağı bacarır. Buna görə də ictimai işlərə düzgün cəlb olunmuş şagirdləri tapıb üzə çıxartdıqca gələcəkdə cəmiyyət üçün lazım ola biləcək şəxsiyyətləri yetişdirmiş oluruq. 25.10.2024-cü il tarixdə N.İsmayılov adına 80№li tam orta məktəbin ictimai işlərdə fəallıq göstərən məktəb şagirdlər məktəbin direktoru Təranə Müzəffərova tərəfindən “Fəxri Fərman”la təltif edilmişlər.