Xeyriyyəçilik
Gənc nəslin humanist ruhda tərbiyə olunmasında kimsəsiz qocalar evinə, uşaq evlərinə ziyarət mühüm rol oynayır. Mənəvi dəyərlərin təbliği üçün məktəbin şagirdləri Şüvalanda yerləşən 1 saylı uşaq evini ziyarət ediblər. Bu uşaq evində balaca sakinlərin təlim-tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılıb.
Şagirlərimizin Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub. Belə ki, uşaqlardan birinin ad günü ziyarət zamanına təsadüf edib və bu şən və mehriban şəraitdə hamılıqla qeyd edilib.
Şagirdlərimiz burada qalan körpələrlə yaxından tanış olub, onların dərsləri ilə maraqlanıblar. Azyaşlılar öz rəsm və müxtəlif əl işlərini şagirdlərimizə nümayiş etdiriblər. Ziyarət zamanı Uşaq Evindəki azyaşlılara müxtəlif hədiyyələr, maarifləndirici kitablar və mətbəx çanağı hədiyyə edilib.