“İTE - Təhsildə İnnovativ Texnologiyalar”
ITE Azerbaijanın əməkdaşları 07.03.2016-ci il tarixində məktəbimizin pedaqoji heyətini öz tədqiqat fəaliyyəti ilə tanış etdilər“İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi öz tədqiqat fəaliyyətini mütəmadi olaraq ictimaiyyətə təqdim etməkdədir.İTE əlavə təhsil mərkəzinin mütəmadi olaraq bu cür analitik məqalələr təqdim etməsində əsas məqsədi beynəlxalq və yerli təhsil mühitində cərəyan edən müasir tendensiyaları, innovasiyaları, yeni tətbiq olunan layihə və metodikaları dərindən araşdırmaq, obyektiv təhlil etmək və təhsil işçilərini nəticələrlə tanış etməkdir. Düşünürük ki, bu, həm pedaqoji heyətin, həm də onu hazırlayan kadrların peşəkar inkişafına təkan verəcək. Həmçinin, İTE əlavə təhsil mərkəzi bir tədqiqat müəssisəsi kimi bu cür analitik məqalələrlə Azərbaycanda ensiklopedik təhsil bazasının daha da təkmilləşməsinə töhfə vermiş olacaq.