“Kreativ mühafizəkarlar”

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə 
həsr olunmuş
“Kreativ mühafizəkarlar” adlı viktorina keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib. Viktorina 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub.
Viktorinada Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu, Xətai rayonu 17 nömrəli tam orta məktəbin “Mübariz” klubu və Akademik Zərifə Əliyeva adına liseyin “Tarixi aləmarayi” klubunun üzvləri iştirakı edib. Viktorinanın münsiflər heyəti Muzeyin elmi əməkdaşlarından ibarət idi:
Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu I yerə layiq görüldü. Musiqi istedadı olan şagirdlərin ifasında bədii hissə də nümayiş olundu.
Sonda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən viktorinada iştirak edən komandalara sertifikatlar, Muzeyin nəfis tərtibatda nəşr olunmuş elmi nəşrləri və birinci yer tutan “Turan” komandasına Muzeyin illik ailə bileti təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi