ADA Universiteti ilə tanışlıq
1 mart 2016-ci il tarixdə Bakı şəhəri 8 N-li tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllim heyəti ADA-nın qonağı oldular. Akademik göstəricilərinə görə Azərbaycan təhsil sistemində ön sıralarda yer tutan bu təhsil ocağı ilə tanışlğın əsas məqsədi gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi olub. Bu görüş zamanı yaranan yeni fikirlər artıq birgə əməkdaşlığın gələcəkdə əldə ediləcək uğurların carçısı olduğunu bir daha sübut etdi. Bu görüşdən məmnun olduqlarını ifadə edən şagirdlər görüşün sonunda xatirə şəkli də çəkdirdilər.