MƏKTƏBİMIZIN “NEPTUN” KOMANDASI “FLL AZƏRBAYCAN (INTO ORBIT)” MÜHƏNDİSLİK VƏ ROBOTOTEXNİKA YARIŞINA HAZIRLAŞIR

Təhsil Nazirliyi, ADA Universiteti və "Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə "First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı keçiriləcək. 
Yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün FLL dəstləri paylanılıb.
Yarışın yerli turnir və mükafatlandırma mərasiminin aprel ayının 6-da baş tutacağ.
FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir.
Hər il dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan 2-ci ildirki, qoşulub. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən məktəbimiz təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otağına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
Bu yarışda iştirak etmək üçün məktəbimizin 6 nəfərdən ibarət komandası iştirak edəcək. Komanda rəhbəri informatika müəllimi Muxtar Cavadov, komanda rəhbərinin köməkçisi fizika müəllimi Mehriban Rəhimovadır. Komanda üzvləri bu yarışa böyük həvəslə qoşulublar və əzmlə yarışda yer tutmaq üçün çalışırlar. Yarışa hazırlıq səviyyəsi məktəb rəhbərliyinin diqqət mərkəzindədir. Komandanın üzvləri ilə "Mars Academy” şirkətinin nümayəndəsi Elnarə Nəbiyeva növbəti dəfə seminar keçirdi. Seminarda Elnarə xanım şagirdlərə təlimat verdi, onları maqralandıran sualara ətraflı cavab verdi. Seminarı məktəbin müdiriyyəti izlədi. Bu yarışda komandamıza uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi