“UŞAQLARIN İNTERNET TƏHLÜKƏSİZLİYİ”
XX əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası bəşəriyyətə hələ məlum olmayan böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada kompüter texnologiyası tətbiq edilməsin. XXI əsr texnologiyalar dövründə internetin insan həyatındakı böyük rolu danılmazdır. Lakin ümumdünya şəbəkəsinin üstün cəhətləri ilə yanaşı mənfi cəhətləri da yox deyil. Onlardan biri də internetin uşaqlar üçün müəyyən təhlükə daşımasıdır.
Məktəbimizin şagirdləri "Uşaqların internet təhlükəsizliyi" təlimində fəal iştirak etdilər.