21 Fevral Beynəlxalq Ana dili günüdür.

        Bu gün məktəbimizin şagirdləri fənn müəllimi Qafarova Sevincin rəhbərliyi ilə tədbir keçirdilər. Tədbirdə  məktəbin müəllim, şagird və valideynləri iştirak etdilər. Azərbaycan dili dünyamızın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindən biridir. Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm də qüdrətli və gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir. Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli sözlər söylənilmişdir. Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimov yazır: Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, ahənglə, musiqi ilə doludur. Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq bizim vətəndaşlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi