Beynəlxalq kitab bağışlama günü

              General-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin 5 a sinif şagirdləri Açıq Kitabxananın qonağı olub, “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru prof. Kərim Tahirov çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb,bildirib ki, bugünkü  tarix kitabsevərlər üçün ən gözəl bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır.

Görüşdə şagirdlər arasında mütaliənin təbliği məqsədilə onlara Kitabxana tərəfindən Azərbaycan ədəbiyyatından kitablar hədiyyə edilib, şagirdlər tərəfindən şeirlər səsləndirilib.

Müəllimə Ceyran Quliyeva burada keçirdikləri vaxtdan çox məmnun qalan şagirdlər adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib və uğurlar arzulayıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi