Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
24 dekabr 2018-ci il tarixdə məktəbimizin akt zalında 1, 8 və 46 saylı məktəblər Azərbaycan Prezidenti İlham Əliyevin ad gününü “15 il bizimlə” adlı tədbir ilə qeyd etdilər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin müavini Gülarə xanım Verdiyeva, məktəb direktorları, valideyinlər, müəllimlər və şagirdlər iştirak etdilər.
VIII-IX sinif şagirdləri 15 ildə ölkədə görülən işlər haqqında məruzə etdilər, Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzuladılar.