"Narkomaniyaya yox deyək"
Dekabrın 21-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda K.A.Kərimov adına 8 saylı tam orta məktəbdə geniş tədbir keçirildi. Tədbirin əsas məqsədi yeniyetmələr arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini A.Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki M.Musayev, Nəsimi rayon Polis İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları və məktəb rəhbərliyi iştirak etdilər.
Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə təsiri, hüquqa zidd əməllərdən qorunma yolları haqda geniş məlumat verildi.
Tədbirdə "Narkomaniya-bəşəriyyətin bəlası” adlı həmçinin maarifləndirici videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu.