“Mən dünyada müəllimdən yüksək ad tanımıram”
Bu gün onların günüdür - ən şərəfli, çətin, məsuliyyətli peşə sahiblərinin – müəllimlərin. Azərbaycanda bəlkə də ən çox peşə sahibi olan şəxslər məhz müəllimlərdir. Demək olar ki, elə bir ailə yoxdur ki, o
ailədə, o nəsildə müəllim olmasın.
Ümummilli liderimiz Heydər Əliyevin müəllim peşəsi haqqında dediyi kəlamı yada salmaq istərdim:
“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.
Oktyabrın 5-i müəllimlərimizin peşə bayramıdır – ən gözəl bayramlardan biridir. Biz heç zaman müəllimlərimizi unutmur, daim onları hörmətlə, sevgiylə yad edirik.
Bu gün 8 nömrəli məktəbin şagirdləri də öz müəllimlərini təbrik etdi.