1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür

     1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 
Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
     Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
      Bu gün general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbinin Nəsimi rayonu İcra Hakimiyyəti ilə birgə təşəbbüsü və təşkilatçılığı ilə Ahıllar günü qeyd edildi. 
Biz böyüklərə daim hörmət və ehtiramla yanaşırıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi