Örnək olan döyüş yolu...
Yanvarın 7-də Bakı şəhəri 8 №-li tam orta məktəbdə bir qrup müharibə veteranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda görüş keçirildi. Tədbirdə tanınmış ictimai təşkilatların nümayəndələrindən Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədrinin 1 -ci müavini, Qarabağ müharibəsinin sərhədçi veteranı Mustafa Əliyev, Vətən Müharibəsi Veteranları ictimai birliyin Nizami, Xocalı rayon sədri və "Veteran" qəzetinin baş redaktoru Qarabağ müharibəsinin veteranı Qafar Mirzəyev, Xocalı rayon Gənclər Birliyinin sədri Tural Nurməmmədov, məktəbin direktoru Aytən Baxşıyeva, tərbiyə işləri üzrə direktor müavini Safura İbrahimli və bir qrup məktəbin müəllim və mətbuat nümayəndələri iştirak ediblər. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva ilk öncə tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olmuş bacı və qardaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edidikdən sonra, Azərbaycanın dövlət himmi səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi.Tədbirdə iştirak edən qonaqların hər biri çıxış etdikdən sonra, qonaqlar şagirdləri və müəllimləri maraqlandıran maraqlı sual cavabla və təkliflər ilə davam etdirildi. Şagirdlər belə görüşlərin tez-tez keçirilməsini və orta məktəblilərin hərbi hissələrdə əsgərlərlə görüşünün keçirilməsini arzu etdilər.