Novruzum
Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
Bu gün məktəbimizdə Novruz abu həvası gəldi. Rus dili fənni müəllimi Orucova Tərlanın təşkil etdiyi bədii-ədəbi "Novruzum" kompozisiyasında məktəbin 7"C", 5"C", 10"C" sinifləri iştirak edirdi. Bir-birindən maraqlı rəqslər, adət- ənənəmizi əks etdirən çıxışlar, sonda birlik rəmzi olan "Yallı" rəqsi ilə tamamlandı. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər iştirak edirdi.
Qoy bu yel dərdimizi uzağa, sevincimizi yaxına gətirsin!
Bayramınız mübarək olsun!