"Tolerantlıq nədir?"
17.12.2015-ci il tarixdə Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə "Tolerantlıq nədir?"mövzusu ətrafında görüş keçirilmişdir. Görüşdə Dini Maarifləndirmə şöbəsinin böyük məsləhətçisi Masayev Orxan Ənvər oğlu və Dinşünaslıq ekspertiza şöbəsinin müdir müavini Əlifzadə Cahandar Fərhad oğlu iştirak etmişlər. Məktəbin V-XI sinif şagirdləri ilə keçirilən bu görüşdə məqsəd şagirdlərə dini-mənəvi problemlər, tolerantlıq anlayışı ,din və dövlət anlayışları haqda geniş məlumat vermək və şagirdlər arasında maarifləndirmə aparmaqdan ibarət idi. Düşünürük ki, bu görüşlər şagirdlərin mənəvi tərbiyəsində öz izini qoyacaq və onların gələcəkdə Vətənə layiqli övlad kimi yetişdirilməsinə xidmət edəcəkdir.