20 Yanvar – Qanlı gecə

            19.01.2018-ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar kitab sərgisi və foto qalereya təşkil edilmişdir. 

Sərgidə Bakı şəhər  8 saylı tam orta məktəbin 5 "A" və 5 "B"  sinif şagirdləri və müəllimləri iştirak etmişlər. Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimələrdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 yanvar hadisələri ilə bağlı şagirdlərə geniş məlumat vermişlər, uşaqların vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunması üçün belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu qeyd etmişlər. Uşaqlar sərgidə olan nəşrlərlə və foto qalereya ilə yaxından tanış olmuşlar.

Sonda məktəblilər xatirə şəkli çəkdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi