20 YANVAR - UNUTMADIQ! UNUTMARIQ!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin ildönümü geniş şəkildə qeyd olunur. Tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. 
Bakı şəhəri Nəsimi rayonu General – leytenant  K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin hərbi rəhbəri Hüseyn Əliyev və məktəbimizin yuxarı sinif şagirdləri Qanlı Yanvar faciəsinin iyirmi səkkiziinci ildönümü ilə əlaqədar anım mərasimində fiəal iştrak etmiş və Şəhidlərimizin xatirəsini hörmətlə yad etmişlər. 
Şagrdlərimiz rayonun idarə və təşkilatlarının kollektivləri ilə birgə «Şəhidlər Xiyabanı»na ziyarət etmişlər.
Allah Şəhidlərimizə rəhmət etsin! AMİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi