Çörək zavoduna ekskursiya
Məktəbimizin 2b sinfi “Gilan Holdinq” MMC 1 nömrəli çörək zavodunda ekskursiyada oldular. Zavodun əməkdaşları şagirdlərə çörək istehsalının necə aparılması və çörək istehsalı üçün müasir texnologiya və avadanlıqlar haqqında geniş məlumat verdi. Zavodda olan çeşidlərin müxtəlifliyi və səliqəlilik şagird və müəllimlərin xoş təəssüratına səbəb oldu. Sonda şagirdlərə çörək məhsullarından hədiyyələr verildi.