Elektron Dərslik Portalının təqdimatı
Təhsil sisteminin informasiyalaşdırılması təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır, onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir. Nəsimi rayon 8 nömrəli məktəbdə Elektron Dərslik Portalının təqdimatı keçirildi. Bir qrup müəllimi üçün "Elektron dərsliklərin tədrisə tətbiqi" mövzusunda interaktiv seminar təşkil olundu.