18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Müstəqilliyin əvəzsiz 1 nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya. dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi.Bu gün General-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəbin üçüncüləri bu əlamətdar günü layiqli şəkildə qeyd etdilər. Məktəblilər müstəqilliyimiz uğrunda keçdiyimiz şərəfli yolun tarixinə nəzər saldılar, ədəbi-bədii kompozisiyalar nümayış etdirdilər. Tədbirdə məktəbin pedaqojı, valideyin-məktəb kollektivi və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak edirdi. Sonda tədbir balacaların “Vətəndaşlıq “ andı ilə tamamlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi